Bank Of Baku

AMEA doktoranturalar yaradılacaq elmi-tədqiqat müəssisələrinin siyahısını təsdiqləyib

AMEA doktoranturalar yaradılacaq elmi-tədqiqat müəssisələrinin siyahısını təsdiqləyib
# 29 sentyabr 2010 16:03 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib. O bildirib ki, iclasda akademiyanın kadr potensialı və maddi-texniki bazası imkan verən elmi tədqiqat müəssisələrdə onların öz elmi istiqamətlərinə uyğun fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaların yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatətin qaldırması barədə qərar verilib.

S. Abbasoğlu deyib ki, AMEA-nın bütün elmi-tədqiqat müəssisələrində - təxminən 40-a yaxın müəssisədə doktoranturaların yaradılması üçün Nazirlər Kabinetinə müraciət ediləcək: “Akademiyanın əvvəldən aspiranturası olan elmi-tədqiqat müəssisələrinin əksəriyyətində indi hər iki proqram üzrə doktoranturalar yaradılacaq. Bir neçə yeni strukturda isə müvafiq ixtisaslar üzrə yalnız fəlsəfə doktoru proqramı əsasında doktoranturaların yaradılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR