Bank Of Baku

“Uşaqların azadlıqdan məhrum edilməsində hakimlərin, prokurorların, polis uşaq inspektorlarının, vəkillərin, icra hakimiyyətlərinin rolu” mövzusunda tədbir keçirilib

“Uşaqların azadlıqdan məhrum edilməsində hakimlərin, prokurorların, polis uşaq inspektorlarının, vəkillərin, icra hakimiyyətlərinin rolu” mövzusunda tədbir keçirilib
# 30 sentyabr 2010 09:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Ümidli gələcək” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Uşaqların azadlıqdan məhrum edilməsində hakimlərin, prokurorların, polis uşaq inspektorlarının, vəkillərin, icra hakimiyyətlərinin komissiyalarının rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, Uşaq Hüquqları Klinikasının direktoru Nazir Quliyev 2007-ci ildə Azərbaycanda uşaq hüquqları klinikası, uçaq və gənclərin sosial reabilitasiya mərkəzinin yaradıldığını deyib: “Həmin klinika və mərkəz yuvenal ədliyyənin inkişafı proqramı çərçivəsində yaradılıb. Ötən il mərkəzə hüquq pozuntularına yol verən 100-dən uşaq daxil olub”.
N. Quliyev deyib ki, uşaqların hüquq pozuntusuna yol vermələrinin qarşısını almaq üçün məhkəmələrin, polislərin, polis uşaq inspektorlarının səlahiyyətlərinin genişləndirilməsi vacibdir: “Polis uşaq inspektorları vahid idarədə cəmləşsələr və ərazilər üzrə bərabər bölünsələr, daha yaxşı olar”.
Tədbirdə, həmçinin qanunvericilikdə uşaqlarla bağlı bəzi boşluqların olduğu da qeyd olunub. Azərbaycanda yuvenal məhkəmələrin yaradılmaması təəssüflə qeyd olunub və bildirilib ki, uşaqlarla bağlı ayrıca məhkəmə yaradılması vacibdir.
“Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Dadaş Əhmədov çıxışında fəaliyyətlərinin uşaqların hüquqların qorunmasına həsr etdiklərini deyib.

Tədbirdə Daxili İşlər Nazirliyinin polis uşaq inspektorları, Səbayel rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Quliyeva da iştirak edib. Onlar da çıxışlarında Azərbaycanda yuvenal məhkəmənin yaradılmasının vacibliyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR