Bank Of Baku

TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar başlayır

TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar başlayır
# 30 sentyabr 2010 09:58 (UTC +04:00)
Bakı. Fərid Əkbərov – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdindəki elmi-metodiki seminarlar fəaliyyətə başlayır. APA-nın məlumatına görə, bunu TQDK sədrli Məleykə Abbaszadə deyib. O, 1994-cü ildən TQDK-nin nəzdində müxtəlif fənlər üzrə elmi-metodiki seminarların fəaliyyət göstərdiyini xatırladaraq bildirib ki, seminarların əsas vəzifəsini fənlər üzrə qəbul imtahanlarına aid materialların hazırlanması, test tapşırıqlarının tərtibi, internet vasitəsilə müxtəlif informasiya xidmətlərinin göstərilməsi və digər istiqamətlərdə sistemli elmi-metodik işlərin aparılmasıdır: “Hər il olduğu kimi, bu il də oktyabrın 1-dən seminarlar öz işinə başlayacaq. Hazırda komissiyada 14 fənn üzrə elmi-metodiki seminar fəaliyyət göstərir. Seminarlarda 2000-dək orta və ali məktəb müəllimləri, tanınmış alimlər, Milli Elmlər Akademiyasının əməkdaşları, metodistlər iştirak edir. Bu seminarlar pedaqoji ictimaiyyət üçün açıqdır”.

M. Abbaszadə elmi-metodiki seminarlar zamanı TQDK-nın 5 regional mərkəzi ilə (Naxçıvan, Gəncə Lənkəran, Şəki və Quba) onlayn bağlantı yaradılacağını söyləyib.

M. Abbaszadə tədbirdə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu kampaniyasını daha aktiv işıqlandıran media qurumlarının mükafatlandırıldığını da açıqlayıb. Mükafatlandırılanlar arasında “Lent.az” İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR