Bank Of Baku

Azərbaycanda 42 tondan artıq xörək duzu satışdan çıxarılıb

Azərbaycanda 42 tondan artıq xörək duzu satışdan çıxarılıb
# 30 sentyabr 2010 10:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən daha 42,2 ton xörək duzu satışdan çıxarılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən duz istehsalı və idxalı ilə məşğul olan «Hikmət» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və Belarusun «Mozırsol» ASC-də istehsal edilmiş «Zolotoy Zubr» və «Polesye» adlı 42,2 ton xörək duzunun tərkibində yodun miqdarı, pH-ı və nəmliyi normativ sənədlərin tələblərinə uyğun olmadığı üçün qida məhsulu kimi satışının qadağan edilməsi, üzərində istehlakçıları çaşdıran məlumatlar olan 76,5 min ədəd polietilen və 549,2 min ədəd kağız qablaşdırma materiallarının məhv edilməsi, həmçinin üzərində Azərbaycan dilində müvafiq məlumatlar olmayan 28,4 ton duzun markalanmasının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə müəssisəyə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR