Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun saytının yeni versiyası təqdim olunub

Dövlət Sosial Müdafiə Fondunun saytının yeni versiyası təqdim olunub
# 30 sentyabr 2010 11:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) saytının təkmilləşdirilmiş yeni versiyasının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Səlim Müslümov bildirib ki, yeni sayt bütün istifadəçilərə DSMF-nin fəaliyyəti barədə geniş məlumat almaq imkanı verəcək.

Sayt barədə geniş məlumat verən DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Qurbanəli Əsədov isə bildirib ki, Azərbaycan və ingilis dillərində verilən sayt tam müasir tələblərə uyğun qurulub. Saytın sol menyusu 14 əsas bölmədən və 50-dən artıq alt bölmədən ibarətdir. Həmin bölmələrdə fond, pensiya islahatı, məcburi dövlət sosial sığorta, fərdi uçot, əmək pensiyaları, qanunvericilik bazaları və s. haqda geniş məlumat verilib. Saytın sual-cavab bölməsində pensiya və müavinətlər bağlı vətəndaşların ünvanlandığı suallar operativ cavablandırılacaq. Saytın 9 bölmədən ibarət olan sağ menyusundakı “müştəri xidmətləri” bölməsi vasitəsilə istifadəçilər öz pensiyalarını hesablaya biləcəklər. DSMF saytda qeydiyyat olan pensiyası və sığorta olunanların özlərinə aid istənilən məlumatı internetlə dərhal əldə bilməsi üçün texniki imkanlar da yaradıb.

Tədbirdə saytla bağlı müxtəlif təkliflər səslənib. S.Müslümov həmin təkliflərin hamısının sayta əlavə ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR