Bank Of Baku

DSMF sədri: “Hökumətin qərarı ilə müəyyənləşdirilmiş vaxtlarda pensiyaların maliyyələşdirilməsinə keçməliyik”

DSMF sədri: “Hökumətin qərarı ilə müəyyənləşdirilmiş vaxtlarda pensiyaların maliyyələşdirilməsinə keçməliyik”
# 30 sentyabr 2010 11:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Bu gün biz hökumətin qərarı ilə müəyyənləşdirilmiş vaxtlarda pensiyaların maliyyələşdirilməsinə keçməliyik. Amma bu məsələdə də problem var”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, hökumətin qərarı ilə pensiyalar pensiyaçıların hesabına hər ayın 20-dən sonuna qədər köçürülməlidir: “Amma bizim vəsaitlərimiz olanda biz bu tarixi irəliyə çəkirik. Məsələn, Bakı şəhərində pensiyaları ayın 10-15-də veririk. Qrafikə görə, daha sonra məcburi köçkünlərin məskunlaşdığı rayonlarda, blokadada olan Naxçıvanda, daha sonra isə digər rayon, şəhərlərdə pensiyaları maliyyələşdiririk. Amma biz bu gün hökumətin qərarı ilə müəyyənləşdirilən vaxtlarda pensiyaların maliyyələşdirilməsinə keçməliyik”.

S.Müslümov bildirib ki, DSMF bu gün pensiyaçılara pensiyaların konkret tarixlərdə ödənilməsi qrafikinin tərtibi üçün imkanlarının olmasını və bu qrafikin elan edilməsini istəyir. Amma maliyyə vəsaitlərinin vaxtında toplanmaması hələlik buna imkan vermir: “Sosial sığorta haqları əmək haqqı ilə eyni vaxtda toplanır. Əmək haqları da əksər rayonlarda ayın sonunda verilir. Ona görə də biz müəyyən ehtiyat yarada bilmirik. Əgər bu ehtiyatı yarada biləriksə, onda həmin qrafiki təsdiq edib bütün pensiyaçıların nəzərinə çatdıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR