Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun sədri: “Azərbaycanda legioner futbolçuların biri də sosial sığortaya cəlb edilməyib”

Dövlət Sosial Müdafiə Fondunun sədri: “Azərbaycanda legioner futbolçuların biri də sosial sığortaya cəlb edilməyib”
# 30 sentyabr 2010 12:44 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

Bu göstəricini yüksək rəqəm sayan fond sədri deyib ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, burada çalışan əmək miqrantların sayı da artır. Ona görə də onların hamısını sosial sığortaya cəlb edilməsi vacibdir.

S.Müslümov bildirib ki, qanunvericiliyə görə, Azərbaycanda çalışan əcnəbilər bu ölkədə əldə etdiyi gəlirlərdən sosial sığorta haqqı ödəməlidirlər: “Amma etiraf edək ki, bu gün nə qədər əcnəbi sosial sığortaya cəlb edilməyib. Məsələn, Azərbaycanın futbol çempionatında nə qədər legioner var. Amma onların biri də sosial sığortaya cəlb edilməyib. Və yaxud Azərbaycanda çalışan məşqçiləri götürək. Eləsi var ki, milyon manatlarla gəlir əldə edir, amma sosial sığorta haqqı ödəmir. Çünki qeydiyyatda deyillər. Müvafiq orqanlarla birgə bu problemlər həll olunmalıdır. Onların bütün gəlirləri Azərbaycan mənbəyindən əldə edilir. Azərbaycan mənbəyindən əldə edilə hər bir gəlir isə sosial sığortaya cəlb edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR