Bank Of Baku

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu düşəcək, bəzi rayonlarda intensiv leysan gözlənilir

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu düşəcək, bəzi rayonlarda intensiv leysan gözlənilir
# 01 oktyabr 2010 08:48 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək, axşam yarımadanın bəzi yerlərində saniyədə 28 metrədək güclənəcək. Günün birinci yarısında 25-27, günün ikinci yarısında 20-23, axşam 18-20 dərəcə isti olacaq.

Oktyabrın 2-də hava buludlu keçəcək. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək, gündüz mülayimləşəcək. Gecə 15-18, gündüz 19-22 dərəcə isti olacaq.

Oktyabrın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Gecə 15-18, gündüz 20-23 dərəcə isti olacaq.

Oktyabrın 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Gecə 15-18, gündüz 20-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 2-də, əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam yağıntıların arabir intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Gecə 15-19, gündüz 20-25, dağlarda gecə 8-10, gündüz 12-17 dərəcə isti olacaq.

Oktyabrın 3-4-də, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Oktyabrın 4-də bəzi rayonlarda yağıntıların intensiv leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, oktyabrın 4-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-16, gündüz 20-25, dağlarda gecə 7-9, gündüz 11-16 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR