Bank Of Baku

İlk dəfə səs verəcək gənclər üçün “Milli Məclis-Qanunverici orqan” adlı yaddaş kitabçası nəşr edilib - FOTO

İlk dəfə səs verəcək gənclər üçün “Milli Məclis-Qanunverici orqan” adlı yaddaş kitabçası nəşr edilib - <font color=red>FOTO</font>
# 01 oktyabr 2010 09:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə səs verəcək gənclər “Milli Məclis-Qanunverici orqan” adlı yaddaş kitabçası nəşr edilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabçada Heydər Əliyev və Azərbaycan parlamentinin tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri, Milli Məclisin iş prinsipi, Azərbaycan Konstitusiyasından və Seçki Məcəlləsindən çıxarışlar öz əksini tapıb.

Eyni zamanda ilk dəfə səs verəcək gənclər üçün məlumat seminarlarının keçirilməsinə də başlanılıb. Seminarlar sentyabrın 29-da başlanıb, oktyabrın 27-nə qədər davam edəcək. 50-dən artıq rayonda keçiriləcək maarifləndirici seminarlarda 10 minə yaxın gənci iştirak edəcək.

Keçiriləcək seminarlarda Mərkəzi Seçki Komissiyasının (MSK) və Dairə Seçki Komissiyalarının (DSK) nümayəndələri, o cümlədən Gənclər və İdman Nazirliyinin əməkdaşları və tanınmış ziyalılar gənclərlə maarifləndirici söhbətlər edəcəklər.

Seminarların sonunda yaddaş kitabçaları və müxtəlif maarifləndirici nəşrlər gəncələrə təqdim olunacaq. Bundan başqa seminarlarda seçki gününə kimi 18 yaşı tamam olmuş gənclərə müvafiq polis idarələrinin əməkdaşlarının iştirakı ilə şəxsiyyət vəsiqələri təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR