İctimai infrastrukturların əlillərin fiziki və iqtisadi tələblərinə uyğunluğu mövzusunda konfrans keçirilib
«APA-Economics»in məlumatına görə, tədbirdə ƏBİ-nin icraçı direktoru Ramil Osmanov bildirib ki, layihənin məqsəd və vəzifələri ölkədə fəaliyyət göstərən əlillər cəmiyyətləri, QHT-lər, müvafiq dövlət strukturları ilə görüşlərin təşkili, kommersiya və dövlət qurumlarının diqqətini əlillərin daşınmaz əmlak və infrastrukturlardan tələbatlarına müvafiq istifadə edə bilməsi üçün zəruri tədbirlər görməsinə nail olmaqdan ibarətdir.
R.Osmanovun sözlərinə görə, layihənin ilkin mərhələsinin nəticələrindən məlum olub ki, son illər ərzində əlillərin sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilib, əlillərə dövlət qayğısının xeyli artırılmasına baxmayaraq, bu tədbirlər əlillərin problemlərini tam həll edə bilməyib, diqqətdən yayınmış bir sıra ciddi problemlər qalmaqdadır. Aparılan araşdırmalar göstərib ki, daşınmaz əmlak komplekslərinin, şəhər və kənd infrastrukturlarının əlillərin fiziki və iqtisadi tələblərinə uyğunluğu, daha doğrusu, uyğunsuzluğu hazırda əlillərin sosial problemləri qədər aktualdır.
Statistikaya əsasən ölkədə 22 500 nəfərə yaxın I qrup əlil var ki, digər sosial qruplarla müqayisədə onların hərəkət imkanları daha məhduddur. Təkcə Bakı şəhərindəki hündürmərtəbəli binaların infrastrukturunun, digər ictimai əhəmiyyətli obyektlərdəki mövcud infrastrukturun əlillərin tələblərinə cavab vermədiyi açıq-aşkar üzə çıxır. Köhnə hündürmərtəbəli binaların əksəriyyətində liftlərin işləməməsi, yaxud lift meydançalarının əlil arabalarının hərəkətinə uyğunsuzluğu, ticarət və xidmət obyektlərindəki pilləkən meydançalarında əlillərin və əlil arabalarının hərəkəti üçün nəzərdə tutulmalı olan köməkçi yolların olmaması bu problemlər sırasında əsas yerləri tutur. Bundan başqa, paytaxt yollarında əlillərin təhlükəsiz hərəkətini təmin edən siqnallı işıqforların sayının məhdudluğu, yolkənarı səkilərin bəzi ərazilərdə obyekt sahibləri tərəfindən zəbt olunması və bunun əlillərin hərəkətinə maneə yaratması, səkidən yola və ya əksinə hərəkət pilləkənlərinin olmaması, yeraltı və yerüstü keçidlərin bəzilərində əlillərin hərəkətinə kömək edəcək vasitələrin (panduslar) yoxluğu və digər bu kimi onlarla problemin mövcudluğu onsuz da qeyri-normal hərəkət rejimində olan əlillərin problemlərini bir qədər də artırır.
Layihənin ikinci mərhələsində əlil təşkilatlarının nümayəndələri və müvafiq dövlət qurumlarının məsul şəxsləri ilə görüşlər davam etdiriləcək, müzakirələr aparılacaq, problemlər daha dərindən araşdırılacaq və sonda mövcud problemlərin həlli üçün təkliflər hazırlanacaq.
Tədbirdə çıxış edən Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev bu sahədə Azərbaycanda ciddi problemlər olduğunu bildirib: «Bəzi dövlət qurumlarının inzibati binaları istisna olmaqla qalan obyektlərdə əlillər üçün xüsusi yerlər nəzərdə tutulmayıb. Bütün bunlar yeni bina və ya yeraltı keçidlər inşa olunan zaman mühəndislərin qeyri-peşəkarlığının nəticəsidir. Azərbaycanda ictimai infrastrukturların inşası zamanı Azərbaycan Nəqliyyat Nazirliyi də daxil olmaqla bütün aidiyyəti qurumlar əlilləri nəzərə almalıdır».
Karlar Cəmiyyətinin sərdi Musa Tukanov isə bildirib ki, hazırda cəmiyyətin balansında olan bir neçə istehsal müəssisələri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilib. Bundan başqa, cəmiyyətin balansında olan bir neçə istehsal müəssisəsi məcburi köçkünlər tərəfindən zəbt olunub. Cəmiyyətin əmlakının geri qaytarılması ilə bağlı hətta ölkə başçısına da müraciət olunub.
Qeyd edək ki, statistikaya görə, Azərbaycanda 1,3 mln. nəfər əmək pensiyası alır. Bunun 23,9%-i əlilliyə görə pensiya alanlardır. Ümumilikdə isə ölkədə 420 min nəfərə yaxın əlil var ki, bunun da 33 min nəfəri gözdən əlillərdir. Gözdən əlillərin 8 500 nəfəri əmək pensiyası alan əlillər təşkil edir.
Sosial
Tramp: İranla qarşıdurma özlüyündə müharibə deyil, nüvəsizləşdirmə prosesidir
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Xəbər Lenti
DÇ-2026: Portuqaliya 1/8 finala yüksəlib
Tramp sərvətinin trilyon dollara çatması münasibətilə Maskı təbrik edib
ABŞ Sahil Mühafizə Xidməti 3,3 milyard dollar dəyərində altı buzqıran gəmi sifariş edib
Tramp: İranla qarşıdurma özlüyündə müharibə deyil, nüvəsizləşdirmə prosesidir
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
Monakoda ukraynalı biznesmenə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
ABŞ İrana Hörmüz boğazından pulsuz keçid müqabilində dondurulmuş aktivlərini qaytarmağı vəd edib
Rutte: Avropa və Kanada iki il ərzində müdafiə xərclərini 250 milyard dollar artıracaq
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var