Bank Of Baku

“Xəzər həftəsi” başa çatıb

“Xəzər həftəsi” başa çatıb
# 01 oktyabr 2010 10:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Beynəlxalq dəniz günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə “Xəzər həftəsi”nin qeyd olunması başa çatıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Beynəlxalq dəniz günü”nün mütəşəkkil keçirilməsi məqsədilə nazirliyin müvafiq qurumları bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə Xəzər dənizinin sahil zolağını məişət tullantılarından təmizləmək üçün iməciliklər təşkil edib, bir sıra təhsil ocaqlarında bioloji resursların mühafizə olunması və artırılması ilə bağlı məruzələr oxunub.

Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara və Yardımlı inzibati ərazilərini əhatə edən 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Lənkəran-Astara rayonlarının Xəzər dənizi boyu 10 kilometrlik sahil zolağında bələdiyyə işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə iməcilik keçirərək ərazini ümumilikdə 8 ton məişət və digər növ tullantılardan təmizləyib.

Sumqayıt, Abşeron, Qobustan, Xızı inzibati ərazilərini əhatə edən 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi isə sahil zolağı ərazilərdə icra, bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə 5 hektar ərazidən 15 ton məişət və sənaye tullantılarını zibil poliqonuna daşıyıb.

5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Nabranda 20 hektar dənizkənarı sahəni 30 ton məişət və digər növ tullantılardan təmizləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR