Bank Of Baku

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulu başa çatıb

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulu başa çatıb
# 01 oktyabr 2010 10:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən sentyabrın 1-də 5 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu sentyabrın 30-da başa çatıb. Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu müddət ərzində Komissiyada 631 namizəd qeydə alınıb.
Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
Qeydə alınan namizədlərdən 411-in inzibati vəzifələrin altıncı, 191-i inzibati vəzifələrin yeddinci, 29-u isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.
Statistik göstəricilərə görə ən çox namizəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (19 yerə qarşı 351 namizəd) və Sənaye və Energetika Nazirliyi (10 yerə qarşı 192 namizəd) üzrə qeydə alınıb. Bu iki dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 85.05%-ni təşkil edir.
Sənəd qəbuluna dair ətraflı məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az və www.csc.gov.az verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR