Bank Of Baku

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bəzi rayonların memarlarını cəzalandırıb

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bəzi rayonların memarlarını cəzalandırıb
# 01 oktyabr 2010 11:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) tərəfindən 5 şəhər və rayonda memarlıq xidmətlərinin şəhərsalma fəaliyyəti araşdırılıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş nöqsanlar barədə aktlar tərtib olunub və yerli memarlıq xidmətlərinə müvafiq «Tapşırıq»lar verilib. Yol verilmiş nöqsanların aradan qaldırılması üçün Şəki Şəhər İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Yusif Abdurəhmanova 33 obyekt üzrə «Tapşırıq» verilib və o inzibati xətaya yol verdiyi üçün 4500 manat məbləğində cərimə olunub.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Elman Qocayevə 25 obyekt üzrə nöqsanların aradan qaldırılması üçün «Tapşırıq» verilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Ələddin Musayev 75 obyekt üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün «Tapşırıq» alıb. İnzibati xətaya yol verdiyi üçün isə şöbənin aparıcı məsləhətçi Səfa Səmədov 1500 məbləğində cərimələnib. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Ramiz Rəhimova 20 obyekt üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün «Tapşırıq», Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Cəmil Məmmədova isə 35 obyekt üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün «Tapşırıq» verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR