Bank Of Baku

BMT-nin baş katibi dünya ölkələrini sülhsevərliyə çağırıb

BMT-nin baş katibi dünya ölkələrini sülhsevərliyə çağırıb
# 01 oktyabr 2010 13:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. BMT-nin baş katibi Pan Ki Mun 2 oktyabr-Beynəlxalq Qeyri-zorakılıq Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, bu gün qeyri-zorakılıq nəzəriyyəsinin aparıcı simalarından biri olan Mahatma Qandinin doğum gününə həsr olunub: “BMT münaqişələrə son qoymaq, insanlar və ölkələr arasında qarşılıqlı hörmət və anlayışı aşılamaq üçün qeyri-zorakılığın gücündən istifadə etməyə çalışır. Həqiqətən də qeyri-zorakılıq ideyasına inam BMT-nin nizamnaməsində də öz əksini tapıb. Biz bu ali prinsipləri reallaşdırmaq üçün hər gün çalışırıq. Biz bunu hər yerdə insan hüquqlarını təbliğ etməklə, münaqişələrin sülh yolu ilə həllini axtarmaqla, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün kampaniyalar keçirməklə, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində fəaliyyət göstərməklə, mədəniyyətlər arasında körpülər salaraq nifrət və ekstremizmə qarşı çıxmaqla edirik. Bu iş təkcə hökumət və beynəlxalq təşkilatlara həvalə oluna bilməz. Sülh razılaşması danışıqlar masası arxasında əldə edilsə də, sülhün qorunması icma nümayəndələrinin əyləşdiyi masalar arxasında baş verir. Gəlin, özümüz və övladlarımız üçün dinc və ədalətli cəmiyyətlər qurmaq naminə qeyri-zorakılığın böyük gücündən istifadə etmək üçün birgə çalışaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR