Bank Of Baku

Qarabağ İctimai Forumunun növbəti toplantısı keçirilib - FOTO

Qarabağ İctimai Forumunun növbəti toplantısı keçirilib - <font color=red>FOTO</font>
# 01 oktyabr 2010 14:27 (UTC +04:00)
Bakı-APA. Qarabağ İctimai Forumunun (QİF) növbəti toplantısı keçirilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentindən APA-ya verilən məlumata görə, toplantıda QİF-in Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün aparılan sorğunun son nəticələri təhlil olunaraq qəbul edilib. Xalq şairi Sabir Rüstəmxanlının Qarabağın tarixindən bəhs edən “Difai fədailəri” adlı yeni kitabının təqdimatının və “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı fotosərginin Ağdamın Quzanlı kəndində nümayişinin vaxtı dəqiqləşdirilib. Hər iki tədbirdə QİF-in yaradıcıları da yaxından iştirak edəcək. Bu barədə QİF-in sədri Umud Rəhimoğlu məlumat verib. O, toplantıda QİF-in təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq bir çox qərarlar qəbul edildiyini deyib: “Sorğunun nəticələri təhlil olunub, geniş şəkildə müzakirə edilərək qəbul edildi. Nəticələr göstərdi ki, Azərbaycan cəmiyyəti Qarabağ probleminə çox həssaslıqla yanaşır. Bu istiqamətdə iş görən təşkilatlar, insanlar cəmiyyətin diqqətindədir”.

Sözügedən sorğunun statistik nəticələrinin yaxın günlərdə geniş şəkildə ictimaiyyətə təqdim olunması qərara alınıb.

Tədbirdə QİF yaradıcıları Forumun mükafatının və diplomunun təsis edilməsini də müzakirə edib. Qısa zamanda bu mükafatın əsasnaməsi hazırlanacaq. Biz çalışacağıq ki, bu nüfuzlu və səviyyəli bir mükafat olsun”.

Toplantıda QİF-ə üzv olmaq üçün çoxlu sayda müraciətlər olduğunu deyən U.Rəhimoğlu bu məsələnin də müzakirə olunduğunu, amma hər hansı bir qərar qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda QİF-ə yeni üzvlərin qəbulu məsələsinə baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR