İnsan Hüquqları üzrə Müvəkkil Bakıda yekun ictimai dinləmələr keçirib
Bakı-APA. Məlum olduğu kimi, Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə bu ilin iyul-sentyabr aylarında ölkəmizin bütün 58 rayonunda ictimai dinləmələr keçirib. MFP-nin icrası prosesində əldə edilən nailiyyətləri qiymətləndirmək, çətinlikləri təhlil etmək məqsədilə Bakı Biznes Mərkəzində yekun ictimai dinləmə təşkil olunub. Bu barədə APA-ya Ombudsman Aparatından məlumat veriblər.
İctimai dinləmədə dövlət orqanlarının, Bakı şəhəri rayonlarının icra hakimiyyəti və bələdiyyələrinin, daxili işlər orqanları və prokurorluğun, məhkəmələrin, habelə qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər.
Ombudsman hazırda dünyanın, Yer üzünün bütün qitələrinin, bir çox ölkələrin ağır sınaqlarla qarşılaşdığını, iqlim dəyişikliyinin, dağıdıcı ekoloji proseslərin, təbii fəlakətlərin, o cümlədən sellərin, daşqınların, torpaq sürüşmələrinin, qlobal iqtisadi böhranın baş verdiyini, ağır xəstəliklərin, o cümlədən HİV/AİDS, narkomaniyanın yayıldığını, müharibə, hərbi münaqişələrin dünyanı bürüdüyünü, bu hadisələrin Azərbaycandan da yan keçmədiyini söyləyib.
Müvəkkil dünyanı bürümüş ağır çətinliklərə baxmayaraq, 20 ilə yaxın müstəqil olan ölkəmizin bu sınaqlardan uğurla çıxdığını, Azərbaycanda digər sahələrlə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
E.Süleymanova eyni zamanda torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, nəticədə bir milyona yaxın soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyini, kütləvi şəkildə insan hüquqlarının pozulduğunu bildirib. O, dövlət tərəfindən bu insanların, o cümlədən Sumqayıtda məskunlaşanların problemlərinə diqqət yetirildiyini, ölkə Prezidentinin bu sahədə uğurlu fəaliyyəti nəticəsində bütün qaçqın düşərgələrinin ləğv olunduğunu, məcburi köçkünlərin yeni, tam infrastrukturla təmin olunmuş qəsəbələrə köçürüldüyünü, onların sosial rifahının yaxşılaşdığını qeyd edib.
Müvəkkil ölkəmizdə Regionların sosial-iqtisadi inkişaf Proqramının sürətlə həyata keçirildiyini, əhalinin rifahının daha da yaxşılaşdığını, yoxsulluq səviyyəsinin azaldığını, yaxın zamanda dövlət başçısının müvafiq sərəncamlarına əsasən, minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsi məbləğlərinin, müxtəlif peşə sahiblərinin əmək haqlarının, şəhid ailələrinə verilən və digər müavinətlərin artırılmasının razılıqla qarşılandığını bildirib.
E.Süleymanova paytaxtda və ölkəmizin bütün regionlarında uğurla icra olunan MFP-nin məqsədləri və istiqamətləri barədə məlumat vermiş, bu sənədin insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli və daha etibarlı təmini baxımından əhəmiyyət kəsb etdiyini bildirib. O, MFP üzrə görülmüş işlərin təhlil edilərək ümumiləşdirildiyini, arayışlar hazırlanaraq ölkə Prezidentinə təqdim olunduğunu, respublika yekun konfranslarının keçirildiyini, bu konfransların materiallarının toplu şəklində nəşr edildiyini, rayonlara paylandığı və təcrübə mübadiləsi üçün dəyərli vəsait kimi istifadə olunduğunu, bu sənədin yüksək qiymətləndirildiyini və başqa ölkələrə tövsiyə edildiyini nəzərə çatdırmışdır. Habelə Ombudsman təsisatının fəaliyyəti, Müvəkkilin barışdırıcılıq missiyasını da həyata keçirməsi barədə ətraflı məlumat verilib.
Ombudsman MFP-nin təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə rayonlarda keçirdiyi silsilə ictimai dinləmələr, həmçinin həmin tədbirlərdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələrinin iştirakı ilə yerlərdə MFP-nin icrası, insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi, bələdiyyələrin və QHT-lərin fəaliyyəti, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icrası məsələləri üzrə səmərəli müzakirələrin aparıldığı, təkliflərin səsləndirilməsi barədə ətraflı məlumat verib, ümumiyyətlə, bu ictimai dinləmələri uğurlu hesab edib.
Həmçinin ölkəmizdə İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) funksiyalarının icrası məqsədilə Ombudsmanın və onun tapşırığına əsasən, Aparatın əməkdaşlarının müntəzəm olaraq azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə psixiatriya xəstəxanalarına, ahıllar, əlillər və uşaqlar üçün internat məktəblərinə, uşaq evlərinə və pansionatlara başçəkmələr həyata keçirildiyi, bu ictimai dinləmələr zamanı da hər bir şəhər və rayon polis şöbəsinə, habelə adı çəkilən digər müəssisələrə baxış keçirildiyi, müvafiq tövsiyələr verildiyi diqqətə çatdırılıb.
Müvəkkil qarşıdan gələn parlament seçkilərini, seçki kampaniyasının davam etdiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini, MSK ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu, seçki hüququ ilə bağlı birgə seminarların keçirildiyini, polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işinin səmərəli olduğunu, Ombudsman və Aparatın əməkdaşlarının seçki prosesində müşahidəçi qismində iştirak edəcəklərini və artıq qeydiyyatdan keçdiklərini bildirib. O, eyni zamanda seçki prosesinə müdaxilənin yolverilməzliyini vurğulamış, əhalini demokratik, azad seçkilərdə fəal iştirak etməyə çağırmış, son bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvü olan qadınların sayının bir neçə dəfə artdığını müsbət hal kimi qiymətləndirmiş, bu vəzifədə daha məsuliyyətlə çalışmağın, həmin qurumların işini təkmilləşdirməyin, icmaları səfərbər etməyin, bu istiqamətdə müsbət təcrübənin öyrənməyin zəruriliyini qeyd edib.
Tədbirdə Ombudsman MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.
MSK-nın şöbə müdiri İradə Hacıyeva Ombudsmanın insan hüquqları, o cümlədən vətəndaşların seçki hüququnun müdafiəsi və təmini sahəsində səmərəli fəaliyyət göstərdiyini, bu istiqamətdə MSK ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırmışdır. O, seçki prosesinin və namizədlərin irəli sürülməsi kampaniyasının davam etdiyini, MSK tərəfindən təqvim planının təsdiq olunduğunu, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, dairə və məntəqə seçki komissiyaları üçün təlimlər və seminarlar təşkil edildiyini, məntəqələrdə lazımi şəraitin yaradıldığını və müasir informasiya texnologiyaları ilə təmin edildiyini, veb-kameraların quraşdırıldığını, seçki hüquqları sahəsində müntəzəm olaraq maarifləndirmə işinin təşkil olunduğunu, müşahidəçilər üçün yaddaş kitabının, habelə səsvermə günü ilə bağlı çağırış plakatlarının hazırlandığını vurğulayıb.
Baş prokurorluğun və Ədliyyə Nazirliyinin əməkdaşları Fərman Rzayev, Vüqar Ağayev, rayon icra hakimiyyəti başçılarının və polis rəislərinin müavinləri, QHT-lərin nümayəndələri və digər iştirakçılar çıxış edərək, Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirib, MFP və insan hüquqları üzrə fəaliyyət, dövlət orqanlarının əməkdaşlığı, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara və normativ-hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti, əhalinin zəif qruplarının problemlərinin diqqətdə saxlanılmasının zəruriliyi və digər məsələlər barədə məlumat veriblər.
Eyni zamanda bir sıra problemlər, o cümlədən seçkilərdə namizədliyini irəli sürmüş bəzi vətəndaşların yaş müddətinin ötürülməsi ilə bağlı malik olduqları etibarsız şəxsiyyət vəsiqələrinin onların namizəd kimi qeydiyyata alınmasında çətinliklər yaratdığı, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış bir sıra vətəndaşların şəxsiyyət vəsiqəsi alınmasında üzləşdikləri problemlər, bəzi şəxslərin yaşayış yerlərində qeydiyyata düşə bilməməsi nəzərə çatdırılıb.
Ombudsman problemlərin həllində birgə fəaliyyətin, MFP-nin icrasında səylərinin birləşdirilməsinin, əhalinin bütün kateqoriyalarının hüquqlarının müdafiəsinin, qanunvericiliyin, idarəçiliyin daha da təkmilləşdirilməsinin, dövlət orqanlarının, icmaların, QHT-lərin, ictimaiyyətin birgə iş aparılmasının, əhali ilə daha çox işləməsinin, bu prosesdə vətəndaş cəmiyyəti və icmaların səfərbər olmasının, bələdiyyələrin və QHT-lərin işinin təkmilləşdirilməsinin, münaqişədə olan tərəflərin barışdırılmasının, uşaq və gənclərə sağlam həyat tərzinin aşılanmasının, onların vətənpərvərlik ruhunda tərbiyəsinin, pis vərdişlərə qarşı təbliğatın, hüquqi maarifləndirmənin zəruriliyini vurğulayıb.
O, habelə məntəqə seçki komissiyaları üzvlərinin bələdiyyə və icmaları səfərbər etməklə, əhali ilə iş aparmasının, VVAQ, hərbi komissarlıq, polis orqanları, icmalar və bələdiyyələrlə birlikdə seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, bu sənədlərin müxtəlif səbəblərdən etibarsız hesab olunduqda vaxtında dəyişdirilməsinin, seçkilərdə əhalinin fəallığının, vətəndaşlara öz seçimini etmək üçün şəraitin və namizədlərə bərabər imkanların, sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının vacibliyini, seçkilərin azad və demokratik keçirilməsi üçün icra hakimiyyəti orqanları və polisin müdaxilə etməsinin yolverilməzliyini qeyd edib.
Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə vaxtında baxıldığını vurğulamış, MFP-nin nüsxələri, illik nəticələrin müzakirəsi ilə bağlı keçirilmiş yekun konfranslarının kitab şəklində nəşr olunmuş materialları, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub.
Beləliklə, MFP-nin icrası üzrə əlaqələndirmə, dəyərləndirmə və təhlil aparılması məqsədilə Ombudsmanın keçirdiyi silsilə ictimai dinləmə tədbirlərinə yekun vurulub, müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin hazırlanaraq Milli Məclisə, eyni zamanda zəruri tədbirlərin həyata keçirilməsi üçün MSK-ya və digər əlaqədar qurumlara göndəriləcəyi qərara alınıb.

Sosial
Tramp: İranla qarşıdurma özlüyündə müharibə deyil, nüvəsizləşdirmə prosesidir
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək