Bank Of Baku

Qadın liderliyi ilə bağlı layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Qadın liderliyi ilə bağlı layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 01 oktyabr 2010 17:25 (UTC +04:00)
Bakı-APA. «Qadın Liderliyi Uğrunda» İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi «Gənc qadın liderlərin formalaşmasına dəstək» layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirib.

Tədbirdə layihə çərçivəsində hazırlanmış «İşığa doğru yürüyənlər» adlı qısametrajlı sənədli film təqdim edilib və onun müzakirəsi keçirilib. Burada həmçinin, layihə çərçivəsində görülmüş işlərdən və layihənin perspektivlərdən söhbət açılıb. Layihənin rəhbəri, «Qadın Liderliyi Uğrunda» İctimai Birliyinin sədri Ülkər Abdullayeva iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycanda qadınların əksəriyyətinin öz liderlik, ictimai fəaliyyətdə aparıcı rola sahib olmaq qabiliyyətlərini üzə çıxarmasına adət-ənənələrdən, milli mentalitetdən, ailələrdəki mühafizəkarlıqdan, ailələrdə qadınları kənar təsirlərdən qoruma instinktinin yaratdığı problemlərdən və ən əsası maarifsizlikdən irəli gələn komplekslər mane olur. Bu layihəni həyata keçirməkdə məqsəd, qadınların bu kompleklərdən azad olmasına çalışmaq, onların ölkədəki demoqrafik üstünlüyünün ictimai həyatla da uzlaşdırılmasına yardım göstərmək olub. Layihədə həmçinin ölkədə liderlik keyfiyyəti olan onlarla gənc qadının üzə çıxarılması, onlara Qərbdə özünü doğrultmuş liderlik texnologiyalarının öyrədilməsi, onların ictimai fəaliyyətə, dövlət idarəçiliyinə hazırlanması, qadın hüquqları sahəsindəki problemlərin aradan qaldırılmasına yardım edəcək real qadın qüvvəsinə çevrilməsi üçün maarifləndirmə nəzərdə tutulub. Artıq layihə başa çatıb. Təşkilat layihənin icrası dövründə 200 gənc xanım arasında sorğu keçirərək onların bu layihənin iştirakçısı olmaq istəyib-istəmədiklərini soruşub. Sorğuya pozitiv cavab verənlər layihəyə cəlb olunub. Artıq 70 xanıma «Liderlik» mövzusunda təlimlər keçirilib. Təlimlərin əvvəlində və sonunda onlara «Liderlik» anlayışlarını yoxlamaq üçün testlər təqdim olunub. İlkin yoxlama testi ilə müqayisədə yekun yoxlama testində xanımlar liderlik barədə biliklərə dair yüksək nəticələr göstəriblər. Onların cavabları 100 ballıq sistemlə qiymətləndirilib və 55 iştirakçı 80-dən artıq bal toplayaraq sertifikat almaq hüququ qazanıb. Layihə çərçivəsində, həmçinin, gənc xanımlarla bağlı mesajları özündə əks etdirən «İşığa doğru yürüyənlər» adlı sənədli film çəkilib.

Filmin təqdimatından sonra mövzu və filmlə bağlı müzakirələr aparılıb. Tədbirə millət vəkilləri, layihə çərçivəsindəki «Liderlik» kursunun dinləyiciləri, jurnalistlər, QHT rəhbərləri qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR