Bank Of Baku

Prezident İlham Əliyev Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 01 oktyabr 2010 19:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Dövlət Neft Şirkətinə Sənaye və Energetika Nazirliyi ilə birlikdə Süleyman Vəzirovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR