Bank Of Baku

Bakıda X Beynəlxalq Təhsil Yarmarkası keçirilib

Bakıda X Beynəlxalq Təhsil Yarmarkası keçirilib
# 02 oktyabr 2010 11:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakıda Bakı Təhsil Məlumat Mərkəzi
tərəfindən X Beynəlxalq Təhsil Yarmarkası keçirilib. APA-nın məlumatına görə, Mərkəzin proqramlarının koordinatoru İradə İsgəndərova bildirib ki, yarmarkanın məqsədi Azərbaycanın xaricdə təhsil almaq imkanları barədə bütün maraq göstərən tərəfləri məlumatlandırmaqdır.
Yarmarkada Azərbaycanda təhsillə məşğul olan aparıcı təşkilatlar - ABŞ səfirliyi, ACCELS, İREX, DAAD, The British Council, STİ-Azerbaijan, Newscastle Universiteti (Böyük Britaniya), Lazarski Universiteti (Polşa), Azərbaycan Diplomatik Akademiyası, American University in Bulqaria, AAA, GRBS, AEGEE və s. iştirak edib.
Bu müəssisənin nümayəndələri iştirakçılara öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR