Bank Of Baku

Lənkəranda orta əsrlərə aid daş abidə aşkarlanıb - FOTO

Lənkəranda orta əsrlərə aid daş abidə aşkarlanıb - <font color=red>FOTO</font>
# 02 oktyabr 2010 15:07 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda orta əsrlərə aid daş abidə tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, daş abidə rayonun Kosalar kəndindəki Mionovo deyilən ərazidən yerli sakin Cavanşir Həsənzadə tərəfindən qazıntı aparılarkən aşkarlanıb. Aşkar edilən daş abidənin üzərində başında tac və ağzından od püskürən mifik heyvan fiquru əks olunub. Üzərində müxtəlif işarələr olan bu daş abidənin hündürlüyü təxminən 80 santimetr, eni 60 santimetr və çəkisi isə təqribən 60 – 80 kiloqramdır. Daş abidənin aşkar olunduğu 2 hektara yaxın torpaq sahəsini qədim kərpic hasarlar əhatə edib. Bu da ərazidə hər hansı bir qədim şəhərin və ya yaşayış məskəninin olmasına sübutdur.
Cavanşir Həsənzadənin sözlərinə görə, Kosalar kəndindəki Mionvo deyilən ərazinin tarixi təxminən IX- X əsrlərə gedib çıxır: ”Ata – babalarımız söyləyirlər ki, 200 il bundan əvvəl ərazi sıx cəngəlliklərlə örtülü olub. Burada ilk məskunlaşanlar həmin cəngəllikləri qırmağa məcbur olublar. Bundan sonra ərazidə qədim yaşayış məskəni aşkarlanıb”.
1986-cı ildə Kosalar kəndində yeraltı tunellər də aşkar olunub. Sonradan bu tunellərin kəndin 4 müxtəlif istiqamətinə getdiyi məlum olub. Həmin dövrdə kəndin başqa bir ərazisində isə bir neçə küp qəbir də tapılıb. Lakin kənd sakinləri həmin vaxt ərazidə xeyli miqdarda tarixi abidənin aşkar olunmasına baxmayaraq, oranın traktorların kotanının ağzına verilərək dağıdıldığını və əkin yeri kimi istifadə edildiyini deyirlər.
Qeyd edək ki, tapılan daş abidə bu gün Mirzə Ağəli Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR