Bank Of Baku

Hər saatda 3 heyvan növü Yer üzündən silinir, dəniz heyvanlarının 35 faizi isə artıq tamamilə məhv olub

Hər saatda 3 heyvan növü Yer üzündən silinir, dəniz heyvanlarının 35 faizi isə artıq tamamilə məhv olub
# 04 oktyabr 2010 08:27 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin Ümumdünya Vəhşi Təbiət Fonduna istinadən verdiyi məlumata görə, hər saatda Yer üzündən 3 növ silinir, o cümlədən dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olub.

Azərbaycan ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradıb. Mərkəzin əsas məqsədi qeyri-qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasıdır. İndiyədək mərkəzdə reabilitasiyasını başa vuran onlarla canlı vəhşi təbiətə buraxılıb.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət əraziləri, o cümlədən 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı var. Onların sahəsi ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR