Bank Of Baku

Nazirlik ağacların kəsilməsi faktı ilə əlaqədar Yasamal rayon Polis İdarəsinə müraciət edib

Nazirlik ağacların kəsilməsi faktı ilə əlaqədar Yasamal rayon Polis İdarəsinə müraciət edib
# 04 oktyabr 2010 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti Yasamal rayonu Azərbaycan prospekti, 42 ünvanda ağacların kəsilməsi və ya köçürülməsi ilə bağlı hər hansı bir rəy verməyib”. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, adıçəkilən departament həmin ünvanda naməlum şəxslər tərəfindən diametrləri 40 sm olan 3 qovaq ağacının kökündən çıxarılaraq məhv edilməsi faktı aşkarlayıblar. Bununla əlaqədar nazirliyin əməkdaşları qanuna müvafiq qaydada akt tərtib edib, təqsirkarların tapılıb inzibati məsuliyyətə cəlb olunmaları üçün oktyabrın 1-də Yasamal rayon Polis İdarəsinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR