ATƏT-in Bakı ofisi Vəkillər Kollegiyasının yeni üzvləri üçün təlim keçirir

ATƏT-in Bakı ofisi Vəkillər Kollegiyasının yeni üzvləri üçün təlim keçirir
# 04 oktyabr 2010 11:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycan Vəkillər Kollegiyasına 2009-cu ildən üzv olan hüquqşünaslar üçün ATƏT-in Bakı ofisinin təşkil etdiyi və bir həftə davam edəcək intensiv təlim kursları başlayıb. Ofisdən APA-ya verilən məlumata görə, beynəlxalq və yerli hüquqşünaslar cinayət və mülki məhkəmə proseslərinin müxtəlif aspektlərinin həllinə dair məsələləri müzakirə edəcəklər. Əldə olunmuş biliklərin təcrübədə tətbiqini stimullaşdırmaq üçün iştirakçılar cinayət işi üzrə məhkəmə dinləməsini də özündə ehtiva edən səhnələşdirilmiş məşğələyə qatılacaq, silsilə müzakirələr dinləyəcəklər.

ATƏT-in Bakı ofisinin məhkəmə təlimi üzrə məsul şəxsi Fiorentina Əzizi ümid etdiyini bildirib ki, bu kurs kollegiyanın yeni üzvlərinin beynəlxalq ədalət mühakiməsi standartları ilə əlaqədar biliyini daha da inkişaf etdirəcək: “Bu kursun yeni üzvlərin məhkəmə zalında təcrübi bacarıqlarını daha da artırmasını, onların öz müştərilərinə yanaşmasını təkmilləşdirəcəyini arzulayırıq”.

Qeyd edək ki, bu kurs ATƏT-in Bakı ofisinin Azərbaycan Vəkillər Kollegiyası və Ədliyyə Akademiyası ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi 2010-cu il təlim strategiyasının bir hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR