Bank Of Baku

AMEA prezidenti: “Azıx mağarasında aparılan qazıntılar bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edib”

AMEA prezidenti: “Azıx mağarasında aparılan qazıntılar bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edib”
# 04 oktyabr 2010 14:00 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Rusiya, Ukrayna və digər ölkələrin alimləri də
iştirak edəcəklər.
Tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov Azıx paleolit dövrü düşərgəsinin 50 il əvvəl görkəmli arxeoloq, tarix elmləri doktoru Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən qədim Qarabağ bölgəsində aşkar edildiyini xatırladıb. Onun sözlərinə görə, uzun illər Azıx mağarasında aparılan qazıntılar bu ərazidə ibtidai insanların hələ 2 milyon il əvvəl məskunlaşdığını və bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edib.
Rusiya Elmlər Akademiyasının (REA) tarixi-filoloji elmlər şöbəsinin akademik-katibi, akademik Anatoli Derevyanko iki ölkə alimlərinin arxeologiya sahəsində elmi əməkdaşlığını, Azərbaycanda aparılan son arxeoloji tədqiqatların nəticələrini yüksək qiymətləndirib.

Tədbirdə Məmmədəli Hüseynovun “Azərbaycanın qədim paleoliti” kitabının təqdimatı da olub.

Konfrans oktyabrın 7-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR