Bank Of Baku

Azərbaycanda qaçqınlar və məcburi köçkünlər üçün salınmış 64 qəsəbənin 50-sini Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tikib

Azərbaycanda qaçqınlar və məcburi köçkünlər üçün salınmış 64 qəsəbənin 50-sini Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tikib
# 05 oktyabr 2010 09:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu günə kimi qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, Göygöl, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində salınmış 64 qəsəbənin 50-si Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən tikilib. APA-nın xəbərinə görə, bu barədə YAP-ın rəsmi saytına müsahibəsində MKSİF sədri Ayaz Orucov məlumat verib. O qeyd edib ki, həmin qəsəbələrdə 20 minə yaxın köçkün ailəsi məskunlaşıb.

A. Orucov bildirib ki, hazırda MKSİF tərəfindən fin tipli evlərdən ibarət düşərgələrdə və uzunmüddətli yaşayış üçün yararsız olan digər obyektlərdə müvəqqəti olaraq yerləşdirilmiş məcburi köçkünlər üçün yeni qəsəbələrin və məhəllələrin salınması ilə bağlı müvafiq işlər davam etdirilir: “Ağdam rayonu, Quzanlı bələdiyyəsi ərazisində 689 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən ibarət qəsəbənin tikintisi bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə artıq başa çatıb, son tamamlama işləri davam etdirilir.
Nazirlər Kabinetinin 04.12.2009-cu il tarixli 325s saylı sərəncamının icrası ilə əlaqədar Naftalan şəhəri, Naftalan Sanatoriya-Kurort birliyinə məxsus sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli yaşayış binalarından ibarət məhəllənin tikintisi başa çatıb, artıq son tamamlama işlərinə başlanılıb.
Eyni zamanda, Mingəçevir şəhəri ərazisində 502 məcburi köçkün ailəsi üçün hündür mərtəbəli yaşayış binalarından ibarət yeni yaşayış məhəlləsinin, Şəki rayonu ərazisində 423, İmişli rayonu ərazisində 983, Ağcabədi rayonu ərazisində 552 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin və eləcə də Ağcabədi rayonu ərazisində 556 məcburi köçkün ailəsi üçün hündür mərtəbəli yaşayış binalarından ibarət olan yeni məhəllənin layihə-smeta sənədlərinin hazırlanması, Dövlət Baş Ekspertiza idarəsindən bu layihələr üçün müvafiq rəylərin alınması istiqamətində lazımi işlər davam etdirilir.
Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində hərbi şəhərciklərdə müvəqqəti məskunlaşmış, ümumi sayı 1410 olan məcburi köçkün ailəsi üçün hündür mərtəbəli yaşayış binalarından ibarət yeni mikrorayonun salınması nəzərdə tutulub. Bu məqsədlə Qaradağ rayonu Müşfiq qəsəbəsinin yaxınlığındakı yaşayış evlərinə bitişik ərazidə 22 ha torpaq sahəsi ayrılıb, layihə sənədlərinin hazırlanması üçün müvafiq texniki şərtlər alınıb və inşaat pasportu hazırlanıb. Həmçinin, Bakı şəhərində əsasən təhsil müəssisələrinin balansında olan yataqxanalarda müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsinin yaxınlığında ayrılmış 12 ha torpaq sahəsində hündür mərtəbəli yaşayış binalarından ibarət yeni məhəllənin layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq təşkilatlardan texniki şərtlər alınıb və inşaat pasportunun alınması istiqamətində işlər aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR