Bank Of Baku

“Gənclər üçün krizis telefon xətti”nə bu günədək 20 mindən çox müraciət olunub

“Gənclər üçün krizis telefon xətti”nə bu günədək 20 mindən çox müraciət olunub
# 05 oktyabr 2010 10:17 (UTC +04:00)
Bakı-APA. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İnkişaf naminə təşəbbüs” İctimai Birliyi tərəfindən fəaliyyətə başlamış “Gənclər üçün krizis telefon xətti”nə bu günədək 20 mindən çox müraciət olunub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq tövsiyələrə uyğun olaraq 2006-cı ilin aprel ayından fəaliyyət göstərən fəaliyyət göstərən xəttə zəng vuran şəxslərin 80 faizini qadınlar təşkil edir. Orta hesabla hər zəng 10-15 dəqiqə müddətində olur ki, bəzi hallarda ünsiyyət 40-50 dəqiqəyədək davam edir. Xidmətə müraciət edən gənclərin ən çox üzləşdiyi problemlər şəxslərarası münasibətlər, ailədə konfliktlər, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, yaxın adamın itkisi, məşğulluq problemləri, gəncə qarşı zorakılıq, alkoqola və narkotiklərə qurşanma və s. bağlıdır. Krizis xəttinin əsas məqsədi böhran vəziyyəti yaşayan gənclərə təcili psixoloji yardım göstərmək, özünə və ətrafdakılarına qarşı təhlükəli ola biləcək əməllərin qarşısını almaq, böhranın əmələ gəlməsi ilə əlaqədar olan faktorları araşdırmaqdır. Xidmət həftə içi fəaliyyət göstərir. Bütün zənglər pulsuzdur və məxfilik tam olaraq təmin olunur. Xətdə işləmək üçün ali təhsil almış psixoloqlar seçilir və əlavə olaraq onlar üçün beynəlxalq metodikalar üzrə xüsusi treninqlər təşkil edilir. ”Gənclər üçün krizis telefon xətti”nə 510 66 36 nömrəsi ilə zəng vurmaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR