Bank Of Baku

Azərbaycanın Füzuli rayonu ərazisində üç tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycanın Füzuli rayonu ərazisində üç tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib
# 05 oktyabr 2010 11:28 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. Füzuli rayonu ərazisində üç tarixi mədəniyyət abidəsi dağılmaq təhlükəsi ilə üzləşib. APA-nın Qarabağ bürosunun məlumatına görə, bunlar Babı kəndi ərazisində yerləşən Şeyx Babı Yaqub türbəsi (13-cü əsrə aid), Əhmədalılar kəndi ərazisindəki Əhmədalılar türbəsi (13-cü əsrə aid) və 19 əsrdə inşa olunmuş Böyük Bəhmənli məscididir. Uzun illərdir təmirə ehtiyac duyan tarixi abidələr sözügedən yaşayış məntəqələrinin ermənilər tərəfindən işğalı zamanı daha da acınacaqlı vəziyyətə salınıb. Füzuli rayon mədəniyyət şöbəsinin müdiri Elman Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, adıçəkilən tarixi abidələr həqiqətən də yararsız hala düşüb: “Keçmişimizin yadigarı olan tikililərin təmir və bərpası dövlət proqramında öz əksini tapsa da, hələ ki yenidənqurma prosesinə başlanılmayıb. Ötən hər günün bu abidələrin tamamilə dağılıb sıradan çıxmasına gətirib çıxarması ehtimalı çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR