Bank Of Baku

Bakı Slavyan Universitetində Hötenin balladasının və Boris Yevseyevin kitablarının təqdimatı keçirilib - FOTO

Bakı Slavyan Universitetində Hötenin balladasının və Boris Yevseyevin kitablarının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 05 oktyabr 2010 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Slavyan Universitetində (BSU) filologiya fakültəsinin təşkilatçılığı ilə məşhur alman yazıçısı Yohann Volfqanq fon Hötenin (Johann Wolfgang von Goethe) “Cadugərin şagirdi” adlı balladası tamaşaçılara təqdim olunub. APA-nın məlumatına görə, bu tamaşa Almaniyanın Vüsburq Universitetinin professoru və Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlind Hartmann tərəfindən səhnələşdirilib. BSU-nun alman filologiyası ixtisası üzrə təhsil alan tələbələrinin də iştirak etdiyi tamaşa alman dilində təqdim olunub.

Sonra müasir rus nəsrinin görkəmli nümayəndəsi, şair, esse ustası, Rusiya Yazıçılar İttifaqının üzvü Boris Timofeyeviç Yevseyevin əsərlərinin təqdimetmə mərasimi keçirilib. BSU-nun rektoru, professor Kamal Abdullayev qonağı salamlayıb və onun BSU-ya yenidən gəlişindən məmnunluğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR