Bank Of Baku

Qubada Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradıcılıq günləri keçirilib

Qubada Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradıcılıq günləri keçirilib
# 05 oktyabr 2010 15:55 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə regionlarda incəsənət ustalarının yaradıcılıq günləri keçirilib. Artıq bir neçə ildir ki, davam etməkdə olan bu layihə əsasında növbəti görüş Qubada təşkil olunub. APA-nın şimal bürosunun məlumatına görə, nazirliyinin xətti ilə keçirilən “Yaradıcılıq günləri” layihəsi incəsənətin ayrı-ayrı növlərinin təbliğinə, eləcə də sənət adamları ilə əhali arasında yaradıcılıq düşüncələrinin bölüşdürülməsinə xidmət edir. Görüşdə kino, teatr, musiqi və ədəbiyyat sahəsində Azərbaycanın çağdaş sənət adamlarının əldə etdiyi nailiyyətlərdən, eləcə də bu incəsənət növləri üzrə tamaşaçı və dinləyiciləri, oxucuları maraqlandıran məsələlərdən söz açılıb.

Şair Çingiz Əlioğlu, bəstəkar Eldar Mansurov, əməkdar artist Gülüstan Əliyeva, müğənni Nurlan Əzizbəyli və digər sənət adamlarının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Görüşdə bu yaxınlarda tamaşaçıların ixtiyarına verilən “40-cı qapı” bədii filmi nümayiş etdirilib, həmçinin filmlə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR