Bank Of Baku

Azərbaycan və Qazaxıstan fövqəladə hallar nazirləri əməkdaşlıq haqqında saziş imzalayıblar - FOTO

Azərbaycan və Qazaxıstan fövqəladə hallar nazirləri əməkdaşlıq haqqında saziş imzalayıblar - <font color=red>FOTO</font>
# 06 oktyabr 2010 09:14 (UTC +04:00)
APA-nın Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da Astanada iki ölkənin fövqəladə hallar nazirləri Vladimir Bojko və Kəmaləddin Heydərovun görüşü keçirilib. Görüşdən sonra nazirlər sazişə imza atıblar. Sənəd tərəflərin mülki müdafiə, fövqəladə hallar zamanı xəbərdarlıq və fövqəladə halların nəticələrinin aradan qaldırılması, təbii fəlakət və digər bədbəxt hadisələr zamanı könüllü və qarşılıqlı köməyin göstərilməsi üçün mülki müdafiə sahəsində mütəxəssislərin hazırlanması məsələlərini əhatə edir.

Bundan başqa, nazirliklər arasında 2011-2012-ci illərdə əməkdaşlığa dair kompleks planın imzalanması da nəzərdə tutulub. V. Bojko və K. Heydərov elmi-texniki əməkdaşlıq sahəsində birgə müəssisələrin yaradılması, fövqəladə hallarla bağlı birgə elmi-praktik konfransların və seminarların keçirilməsi, ətraf ərazilərdə və su obyektlərində mümkün fövqəladə hallar haqqında məlumat bazasının yaradılması, Xəzər dənizi hövzəsi və sahilyanı ərazilərdə neft çirklənmələri və digər qəzalarla əlaqədar insidentlərə operativ reaksiya verilməsi üçün birgə işlər aparılması məsələlərini müzakirə ediblər.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir: “Qazaxıstan FHN yanğın təhlükəsizliyi, kütləvi qırğın silahlarından istifadə edilməsi də daxil olmaqla fövqəladə hallar zamanı qəza-xilasetmə işlərinin aparılmasında yeni texnologiyaların tətbiqi, monitorinq və proqnozlaşdırma sisteminin inkişafı, təbii və texnogen xarakterli elmi araşdırmaların aparılması, mülki müdafiə sisteminin fəaliyyəti məsələləri, transsərhəd xarakterli fövqəladə halların baş verməsi riskinin azaldılması sahəsində əməkdaşlıq və humanitar xarakterli tədbirlərin həyata keçirilməsi sahələrində azərbaycanlı həmkarları ilə əməkdaşlığın gücləndirilməsində maraqlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR