Bank Of Baku

Arzu Rəhimov Türkiyə və Hindistanın Azərbaycandakı səfirlərini qəbul edib

Arzu Rəhimov Türkiyə və Hindistanın Azərbaycandakı səfirlərini qəbul edib
# 06 oktyabr 2010 11:52 (UTC +04:00)
Bakı-APA. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçı və Hindistanın Azərbaycandakı səfiri Debnad Şounu qəbul edib. DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşlərdə A. Rəhimov ölkədə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlərdən, icrasına 1 iyul 2009-cu il tarixdən start verilmiş “bir pəncərə” prinsipinin müsbət nəticələrindən danışıb. Xidmət rəisi artıq Azərbaycanda miqrasiya idarəetmə mexanizminin təkmilləşdirildiyini, Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirildiyini, bu sahədə şəffaflığın təmin olunduğunu nəzərə çatdırıb.

Görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR