Bank Of Baku

Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır

Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır
# 06 oktyabr 2010 13:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı bu gün təşkilatçıların keçirdiyi mətbuat konfransında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərgiyə Azərbaycan Təhsil, Gənclər və İdman nazirlikləri fəal dəstək göstərir. Bu sərgidə 15 ölkədən (Azərbaycan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, Kanada, Koreya, Latviya, BƏƏ, Rusiya, ABŞ, Türkiyə və İsveçrə) 96 təhsil strukturu iştirak edəcək. Ziyarətçilərə kulinariyadan tutmuş texnologiya sahələrinə qədər ən müxtəlif istiqamətlər üzrə 60-dan çox ödənişli və ödənişsiz fakültələr, kurslar və proqramlar təqdim olunacaq. Ümumilikdə, sərgidə məktəbəqədər və orta təhsil, ali təhsil müəssisələrinin proqramları, distansion təhsil sistemləri, xaricdə təhsil və tələbə mübadilələri üzrə proqramlar, elmi dərəcə əldə etmək üçün təhsil, işəgötürmə agentlikləri, karyeranın planlaşdırılması və inkişafı üzrə məsləhətlər, fakültativ təhsil və turizm üzrə proqramlar, xarici dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları və kompüterlər təqdim olunacaq.

Layihənin meneceri Xəyal Əliyeva bildirib ki, bu il ilk dəfə olaraq, Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərinin 14 təhsil müəssisəsini özündə birləşdirən türk milli universitetlər qrupu sərgidə iştirak edəcək. Sərgi çərçivəsində türk ali təhsil müəssisələrinin birində pulsuz təhsil almaq üçün lotereya tirajı da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR