Bank Of Baku

MDB Dövlətlərarası Şuranın Azərbaycanda keçirilən hidrometeorologiya üzrə 22-ci sessiyası başa çatıb

MDB Dövlətlərarası Şuranın Azərbaycanda keçirilən hidrometeorologiya üzrə 22-ci sessiyası başa çatıb
# 06 oktyabr 2010 14:19 (UTC +04:00)
Bakı-APA. Qəbələ rayonunun “Qafqaz Riverside” mehmanxanasında keçirilən MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının (DHMŞ) 22-ci sessiyası öz işini başa vurub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün keçirilən sessiyada 2006-2010-cu illər ərzində hidrometeorologiya sahəsində görülmüş elmi tədqiqat işləri barədə hesabat dinlənildi, 2011-2015-ci illər üçün elmi-tədqiqatların yeni planı müəyyən edilib.
Sessiyada Rusiya Hidrometeorologiya Mərkəzinin direktoru cənab R.M.Vilfandın MDB DHMŞ-nın birgə layihəsi olan Şimali Avrasiya Regional İqlim Mərkəzinin işi barədə hesabatı və MDB ölkələrinin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun olaraq qlobal iqlim sazişi üzrə danışıqlarda iştirakı müzakirə olunub.
Daha sonra hidroloji və iqlim məlumatlarının təhlili üzrə kompüter proqramlarına, cədvəl kodlarına keçid məsələsinə, eləcə də hidrometeoroloji məlumatlar mübadiləsi, rabitə sistemləri və tele-əlaqə məsələlərinə baxılıb.
Sessiyada çıxış edən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Avropa Bürosunun direktoru Dimitriy İvanov ÜMT-nin İşçi Qruplarının yeni strukturundan və regionda həyata keçirilən layihələrdən danışıb.
Aparılan müzakirələrdən sonra regionda hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi, eyni zamanda MDB DHMŞ-a dair sazişdə bəzi dəyişikliklər edilməsi barədə təkliflər qəbul edilib.
Sonda 2011-ci ildə keçiriləcək növbəti 23-cü sessiyanın gündəliyi təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR