Bank Of Baku

Şəki və Qaxda beş qədim yaşayış məskəni aşkarlanıb

Şəki və Qaxda beş qədim yaşayış məskəni aşkarlanıb
# 19 oktyabr 2010 14:11 (UTC +04:00)
Bu barədə APA-ya ekspedisiya rəisi Nəsib Muxtarov məlumat verib. O bildirib ki, Şəkidə və Qaxın Qışlaq ərazisində aşkarlanan yaşayış məskənləri e.ə II minilliyin ikinci yarısından bizim eranın III əsrinə qədər olan bütün dövrə aiddir. Qaxdakı yaşayış məskənləri keçmiş “Şən həyat” kolxozunun ərazisindədir. Bu yaşayış məskənlərində keramika və saxsı məmulatlar aşkarlanıb. Yaşayış məskənlərindən birində isə daşdan tikilmiş hansısa binanın qalıqları tapılıb: “Bu da Azərbaycan tarixinə həmin dövr üçün maraqlı məlumatlar əldə etməyə ümid verir”

N. Muxtarov deyib ki, Şəkidə Alazan-Həftəran vadisinə açılan dərənin Hacınohura açılan dərə hissəsində 3 hektardan çox ərazini əhatə edən bir yaşayış məskəni aşkarlanıb: “Burada tapılan materiallar da əvvəlki yaşayış məskənlərindən tapılan materiallarla həmdövrdür. Həmin yaşayış məskənlərində yerüstü hissələrində ya əsasən, ya da tamamilə dağılan kurqanlar aşkarlanıb. Həmin yaşayış məskənlərində hələ eramızdan əvvəl ikinci minilliyin sonlarında mədənlər olub”.

Ekspedisiya rəisi bildirib ki, indiyədək Hacınohur düzü Azərbaycan arxeologiyasında ağ səhifə olub. Onun sözlərinə görə, buradan tapılan arxeoloji materiallar yalnız Azərbaycan üçün deyil, ümumilikdə regionun tarixi üçün əhəmiyyətli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR