Bank Of Baku

Rusiyada 5 milyon işsiz var

Rusiyada 5 milyon işsiz var
# 20 oktyabr 2010 09:21 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada işsizliyin səviyyəsi cari ilin sentyabr ayında 0,3 faiz bəndi azalaraq 6,6% təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın Dövlət Statistikası Federal Xidməti (“Rosstat”)açıqlama yayıb.

“Rosstat”ın məlumatına əsasən, sözügedən azalmadan sonra Rusiyada işsizlərin səviyyəsi 5 mln. nəfərə enib. Bütövlükdə 2010-cu ilin yanvar-sentyabr aylarında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə işsizliyin səviyyəsi 12,8% azalıb. Bu ilin yanvar ayında Rusiyada işsizlik səviyyəsi 9,2%, işsizlərin sayı isə 6,84 mln. nəfər olub.

Rusiyanın dövlət məşğulluq mərkəzlərində 1,6 mln. nəfər işsiz kimi qeydiyyata alınıb. Onların 1,3 mln. nəfəri işsizliyə görə müavinət alıb. Cari ilin sentyabr ayında iqtisadi fəal əhalinin sayı 76,1 mln. nəfər (və ya bütün əhalinin 54%-i) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR