Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi keçirilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi keçirilib
# 20 oktyabr 2010 10:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanı üzrə 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi keçirilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar 11 – 19 oktyabr tarixlərində baş tutub. Test imtahanı Komissiyanın “Test imtahanı mərkəzində” keçirilib.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 143-ü (22.66%) qadın, 488-i (77.34%) kişi olmaqla 631 namizəd qeydə alınıb. Onlardan 167 nəfəri (bütün namizədlərin 26.47%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub.
Namizədlərdən 80 nəfəri test imtahanında iştirak etməyib. Bunlardan 46 nəfəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və 27 nəfəri Sənaye və Energetika Nazirliyi üzrə qeydə alınmış namizədlərdir.
Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti üzrə qeydə alınmış 5 namizəddən heç biri test imtahanından keçə bilməyib.
Test imtahanında uğur əldə edən namizədlərlə müsahibələr yaxın günlərdə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR