Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin tələbələr üçün təsis etdiyi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin tələbələr üçün təsis etdiyi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin nəticələri açıqlanıb
# 20 oktyabr 2010 14:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Dövlət Neft Şirkətinin ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin nəticələrini açıqlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqənin I mərhələsi olan test imtahanı oktyabrın 17-də keçirilib. İmtahanın nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib.

Müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları”, “Neft-qaz yataqlarının işlənməsi və istismarı”, “Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)” və digər ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR