Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib
# 20 oktyabr 2010 15:42 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında olan vakant dövlət qulluğu vəzifələrindən 378-i müsabiqəyə, 67-si isə müsahibəyə çıxarılır.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olan vətəndaşlar isə 20 gün müddətində komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqəyə aşağıdakı qurumlarda olan vakant dövlət qulluğu vəzifələri çıxarılıb:
Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Gənclər və İdman Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Milli Arxiv İdarəsi, Dövlət Dəniz Administrasiyası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Tarif Şurasının Katibliyi, Müəllif Hüquqları Agentliyi, Milli Televiziya və Radio Şurası, Diaspor ilə İş üzrə Dövlət Komitəsi.

Müsahibəyə isə bu orqanlarda olan vakant dövlət qulluğu vəzifələri çıxarılıb: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Dəniz Administrasiyası.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR