Bank Of Baku

Azərbaycanın daşqınlara məruz qalmış ərazilərində aparılan tikinti bərpa işləri yekunlaşmaq üzrədir - FOTOSESSİYA

Azərbaycanın daşqınlara məruz qalmış ərazilərində aparılan tikinti bərpa işləri yekunlaşmaq üzrədir - <font color=red>FOTOSESSİYA</font>
# 20 oktyabr 2010 17:06 (UTC +04:00)
İmişli. Saatlı. Sabirabad. Əlibəy Zeynallı-APA. Daşqınlara məruz qalmış ərazilərdə tikinti bərpa işlərində son tamamlama işləri aparılır. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Fövqəladə Hallar Nazirliyinin nümayəndələri jurnalistlərin müşayiəti ilə İmişlinin yeni salınan Telişli qəsəbəsində, Saatlı sakinləri üçün tikilən Yeni Novruzlu qəsəbəsində və bir neçə fərdi evlərdə olublar.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan obyektlərin birləşmiş müdiriyyətinin rəisi İbrahim Quliyev İmişlidə və Sabirabadda jurnalistlərə açıqlamasında bildirib ki, hal-hazırda su basmış ərazilərdə 1727 fərdi ev tikilir. İmişli ərazisində 499 ev tikilir ki, o cümlədən də Telişli qəsəbəsində 104 evdən ibarət bütün zəruri infrastruktura malik qəsəbə salınıb. İmişli ərazisində hal-hazırda 200 ev hazırdır. Salyan, İmişli, Saatlı və Sabirabad ərazilərində 4 qəsəbə salınıb. Saatlının 4 kəndi üçün Yeni Novruzlu qəsəbəsində 178 evdən ibarət qəsəbə salınıb. Sabirabad ərazisində 400-dən çox ev tikilib qurtarmaq üzrədir. 90-dan çox sosial infrastruktur və inzibati obyektlər də inşa olunub. Sabirabadın Ulacalı və Mürsəlli kəndlərində iki orta məktəb binasının əsaslı təmiri başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR