Bank Of Baku

Bu il Azərbaycanda yeyinti sənayesi üzrə 635 obyektin fəaliyyəti dayandırılıb

Bu il Azərbaycanda yeyinti sənayesi üzrə 635 obyektin fəaliyyəti dayandırılıb
# 21 oktyabr 2010 11:16 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, 33 obyektin istismarı dayandırılıb, 46 nəfər işdən kənarlaşdırılıb.

Ötən ay 769 nümunə bakterioloji müayinəyə cəlb edilib, onlardan yalnız 1-nin nəticələri qeyri-kafi olub. Fiziki-kimyəvi göstəricilərinə görə müayinəyə 1068, toksikoloji göstəricilərinə görə müayinəyə 372, radioloji göstəricilərinə görə 36 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 23-də fiziki-kimyəvi, 4-də toksikoloji göstəricilərinə görə normativlərdən kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən, ictimai iaşə obyektlərindən 4871 yaxma nümunəsi, 253 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 132-də mikrobioloji çirklənmə aşkarlanıb.

İ. Abdullayev deyib ki, ümumilikdə isə bu ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 1042 sahibkarı cərimələnib, 635 obyektin istismarı dayandırılıb, 427 nəfər işdən kənarlaşdırılıb.

Bu ilin 9 ayı ərzində 6883 nümunə bakterioloji müayinəyə cəlb edilib, onlardan 143-nün nəticələri qeyri-kafi olub. Fiziki-kimyəvi göstəricilərinə görə müayinəyə 10044 , toksikoloji göstəricilərinə görə müayinəyə 2057, radioloji göstəricilərinə görə 254 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 128-də fiziki-kimyəvi, 14-də toksikoloji göstəricilərinə görə normativlərdən kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən, ictimai iaşə obyektlərindən 39 215 yaxma nümunəsi, 1161 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 870-də, soyuq qəlyanaltıların 18-də mikrobioloji çirklənmə aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR