Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda sürüşmənin qarşısının alınması üçün tədbirlər görülür

Qubadakı kütləvi məzarlıqda sürüşmənin qarşısının alınması üçün tədbirlər görülür
# 21 oktyabr 2010 11:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığındakı sonuncu quyuda baş verən sürüşmənin qarşısını almaq üçün Heydər Əliyev Fondunun dəstəyi ilə tədbirlərin görülməsinə başlanıb. Bu barədə APA-ya Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, hazırda həyətyanı sahələrdən məzarlığın cənubuna doğru axan suların qarşısını almaq üçün drenajlar qoyulur. Q. Ağayev bunun məzarlıqdakı sürüşmənin qarşısını almaq üçün əsas vasitələrdən biri olduğunu deyib: “Ancaq quyuda yerindən çıxarılması mümkün olmayan sümüklərin çatlamasının qarşısını almaq üçün dərmanlama işlərinin aparılması hələ də mümkün olmayıb. Drenajlar qoyulduqdan sonra əlaqədar qurumlar sümüklərin çatlamasının və quyudakı çatların qarşısını almaq üçün tədbirlər görməlidir”.

Qeyd edək ki, məzarlıqdakı ilk quyu da baxımsızlıq üzündən 2007-2008-ci ildə uçub. Hazırda məzarlıqdakı sonuncu quyuda da çatlar əmələ gəlib, onun içindəki sümüklərdə isə parçalanma prosesi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR