Bank Of Baku

“BMT sizin üçün çalışır” kampaniyası çərçivəsində tədbir keçirilib

“BMT sizin üçün çalışır” kampaniyası çərçivəsində tədbir keçirilib
# 21 oktyabr 2010 12:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. 24 oktyabr - BMT Günü münasibətilə “BMT sizin üçün çalışır” kampaniyası çərçivəsində Bakının Səbail rayonu 23 saylı orta məktəbində tədbir keçirilib.

APA-nın məlumatına görə, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin ictimai informasiya üzrə icraçısı Araz Yusubov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan təmsilçiliyinin əməkdaşları Elxan Qasımov və Vüsalə Allahverdiyeva maarifləndirici videofilm və əyani vəsaitlərin köməkliyi ilə BMT-nin tarixi, tərkibi, fəaliyyəti və dünyada sülhün bərqərar olması məqsədilə, o cümlədən səhiyyə sahəsində həyata keçirdiyi tədbirlər barədə şagirdlərə məlumatlar çatdırıblar.

İngilis dilində keçirilən seminarda orta məktəbin 9, 10 və 11-ci siniflərdə təhsil alan şagirdləri iştirak edib. Sonra BMT nümayəndələri şagirdləri maraqlandıran suallara cavab veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR