Bank Of Baku

“İşğal olunan ərazilərdə Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı ekspertlərlə müzakirələrin təşkili” mövzusunda tədbir keçirilib

“İşğal olunan ərazilərdə Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı ekspertlərlə müzakirələrin təşkili” mövzusunda tədbir keçirilib
# 21 oktyabr 2010 13:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatçılarına Dövlət Dəstəyi Şurasının Mailiyə dəstəyi ilə “Ermənistan tərəfindən işğal olunan ərazilərdə Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı ekspertlərlə müzakirələrin təşkili” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov ermənilərin işğal olunan əraziləri erməniləşdirdiklərini deyib: “Ermənilər hətta yaşayış olmayan kəndlərdə kilsələr tikirlər, toponimlərin adlarını dəyişirlər. Onlar dünyaya həmin ərazilərin qədim erməni torpağı olduğunu sübut etməyə çalışırlar”.

F. İsmayılov həmin ərazilərdə yaşayan azərbaycanlıların mülkiyyət hüquqlarının bərpa olunması məqsədi ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib. Onun sözlərinə görə, məhkəməyə müraciət etmək üçün 3 ay müddətində bütün sənədlər hazırlanmalıdır: “Biz bu işdə Daxili İşlər, Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri ilə əməkdaşlıq edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR