Bank Of Baku

Gəncədə “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Gəncədə “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 21 oktyabr 2010 13:50 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, konfransda Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir, Bəhreyn, Malaziya, Özbəkistan və İSESCO-nun mədəniyyət və turizm sahələrində çalışan nümayəndələri iştirak edir. Konfransda İKT-yə
üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirlər tədqiq və müzakirə edilib. Azərbaycan tərəfindən isə konfransda Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Lətif Kərimov adına Azərbaycan xalçaçı və xalq tətbiqi sənəti Dövlət Muzeyinin, “İqbal” İctimai təşkilatının, “Millenium Turizm Congress” turizm şirkətinin nümayəndələri müxtəlif mövzular üzrə təqdimatlar keçiriblər.
Turizm Şöbəsinin xarici turizm sektorunun müdiri Səbinə Zadayeva jurnalistlərə konfransın məqsədindən danışıb: “Bu gün keçirilən konfransın əsas məqsədi İKT-yə üzv ölkələrin nümayəndələri ilə qeyri-maddi irsin qorunması mövzusunda fikir mübadiləsi aparmaqdır”.

Tədbirə qatılmış İSESCO-nun Tehranda yerləşən Regional Ofisinin rəhbəri Sədri Abbas isə deyib ki, bu konfrans İslam dünyasında qeyri-maddi irsin qorunması naminə bu sahədə ekspert olan və bir-biri ilə dostluq edənlərin yığıncağıdır: “İslam dünyası üçün qeyri-maddi irs çox vacibdir və bütün İslam ölkələrində böyük rol oynayır. Buna görə də biz çalışmalıyıq ki, bu irsi qoruyub saxlayaq və onu yenidən gündəmə gətirərək, ona yenidən həyat verib gələcək nəsillərə ötürək”.

Qeyd edək ki, “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda keçirilən konfrans iki gün, sessiyalarla davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR