Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Gəncəyə səfər edib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Gəncəyə səfər edib
# 21 oktyabr 2010 14:18 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bu gün Gəncəyə səfər edərək 2 saylı Ərazi Dövlət İdarəsində olub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Ramiz Həsənov ilk olaraq idarənin yenicə təmirdən çıxmış binasının foyesində Heydər Əliyevin büstünü ziyarət edib. Daha sonra idarənin laboratoriya otaqları ilə tanış olub.

Jurnalistlərin suallarını cavablandıran komitə sədri Gəncədə fəaliyyət göstərəcək müasir laboratoriyadan danışıb: “Cənab prezidentin tapşırığı ilə biz insan sağlamlığının qorunması məqsədilə Gəncə şəhərində yeni laboratoriyanın inşasına başladıq. Yeni laboratoriya ən müasir standartlara cavab verəcək. Burada quraşdırılacaq avadanlıqlar ABŞ, Almaniya və digər Avropa ölkələrində istehsal edilib və artıq gələn ayın 5-də Gəncəyə gətiriləcək. Bu laboratoriya vasitəsilə təkcə yeyinti sahəsində deyil, digər sahələrdə də yoxlamalar aparmaq mümkün olacaq”.

Qeyd edək ki, yeni qurulan laboratoriyaya gətiriləcək müasir avadanlıqları xaricdə xüsusi kurslar keçmiş laborantlar çalışdıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR