Bank Of Baku

Sabah Bakıda Azərbaycanda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu başlayır

Sabah Bakıda Azərbaycanda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu başlayır
# 21 oktyabr 2010 15:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Sabah Bakıda Azərbaycanda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu başlayır. Tədbirin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, London Konfliktlər və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Simpoziumun əsas məqsədi regional əməkdaşlığı və şəbəkələşməni artırmaq, Azərbaycanda və regionda yetişməkdə olan və regional siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlər sahəsinə marağı olan alimlərin şəbəkəsini daha da inkişaf etdirməkdir. Tədbirdə 150-dən çox xarici və yerli iştirakçı təmsil olunacaq. Hər il keçirilməsi planlaşdırılan simpozium gələcəkdə həm operativ, həm akademik əməkdaşlıq üçün platforma rolunu oynayacaq. Simpoziumda iştirak edəcək alimlərin "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizliyə aid problemlər - konfliktlər və konflikt sonrası inkişaf", "Cənubi Qafqazda artmaqda olan iqtisadi tendensiyalar - regionda informasiya texnologiyalarının və enerji siyasətinin inkişafı", "Cənubi Qafqazda din və kimlik", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" mövzularında araşdırma məqalələri kitab şəklində çap ediləcək və dünyanın bütün elm və beyin mərkəzlərinə göndəriləcək. Konfransın təşkilatçıları tərəfindən yaradılan "online" forumda simpozium iştirakçıları müzakirələri davam etdirə biləcəklər.

Simpoziumun açılış mərasimində Xarici İşlər Nazirliyinin və Prezident Administrasiyasının yüksək vəzifəli rəsmilərinin çıxışları olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR