Bank Of Baku

Lerikdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilib

Lerikdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilib
# 21 oktyabr 2010 16:22 (UTC +04:00)
Lerik. Ağəddin Babayev - APA. Bu gün Lerik şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş ikimərtəbəli, 16 mənzilli yeni yaşayış binası istifadəyə verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Lerik rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev açaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tikintisinə 2008-ci ilin dekabrından başlanan binanın sosial imtiyazlı şəxslər üçün böyük töhfə olduğunu bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov isə çıxışında rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən danışaraq, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemlərinin daim dövlətin nəzarətində olduğunu diqqətə çatdırıb. Lerik rayon sakini, Qarabağ əlili Gündüz Mustafayev yeni mənzil alanlar adından çıxış edərək, onların ehtiyaclarının ödənilməsi üçün görülmüş tədbirlərə görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonda rəmzi qırmızı lent kəsildikdən sonra qaz, su, elektrik enerjisi və telefon rabitəsi ilə təchiz olunmuş yaşayış binasının mənzillərinə baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR