Bank Of Baku

Bu il Azərbaycanda 16 654 nəfərə əlillik dərəcəsi verilib

Bu il Azərbaycanda 16 654 nəfərə əlillik dərəcəsi verilib
# 21 oktyabr 2010 16:31 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu gün Lerik rayonuna səfəri çərçivəsində Lənkəran şəhərində yerləşən Regional Əlillərin Bərpa Mərkəzinə də baş çəkib.

APA-nın cənub bürosunun məlumatına görə, mərkəzin iş fəaliyyəti ilə tanış olan nazir bildirib ki, ötən il nazirliyin Regional Bərpa mərkəzlərində 5 519 xəstə müalicə olunduğu halda, bu ilin 9 ayı ərzində bu mərkəzlərdə müalicə alan xəstələrin sayı 6 280 nəfərə çatıb.

F.Ələkbərovun sözlərinə görə, ötən ilin 9 ayı ərzində respublika üzrə 18 255 nəfər ilkin əlillik dərəcəsi almışdısa, bu ilin analoji dövründə 16 654 nəfərdə ilkin əlillik qeydə alınıb: “Bu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bərpa Mərkəzlərində 9 minə yaxın xəstə tam reabilitasiya müalicəsi alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 min nəfər artıqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR