Bank Of Baku

Xaçmaz rayonunun 80 illiyi qeyd olunub

Xaçmaz rayonunun 80 illiyi qeyd olunub
# 21 oktyabr 2010 16:39 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva - APA. Bu gün Xaçmazın inzibati rayon statusu almasının 80 illik yubileyi qeyd edilib.

APA-nın şimal bürosunun məlumatına görə, təntənəli mərasimdə bildirilib ki, ötən müddət ərzində inkişaf və təşəkkül tapan Xaçmaz respublikamızın şimal qapısı sayılır.

80 illik yubiley ərəfəsində ölkə prezidenti rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən 12 nəfər xaçmazlını fəxri adlar və xüsusi mükafatlarla təltif edib. Göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən rayon sakinləri Xaçmazın inkişafında daha yaxından iştirak edəcəklərini bildiriblər. Mərasim bayram konserti ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR