Bank Of Baku

Dörd il əvvəl itkin düşən İsmayıllı sakini axtarılır - FOTO

Dörd il əvvəl itkin düşən İsmayıllı sakini axtarılır - <font color=red>FOTO</font>
# 22 oktyabr 2010 14:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. İsmayıllı sakini Bakıda itkin düşüb. Bu barədə APA-ya İsmayıllı rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, İsmayıllı rayonunun Diyallı kəndində pasport qeydiyyatında olan, Binəqədi rayonu M. Ə. Rəsulzadə küçəsində kirayədə yaşayan Səbirə Məmmədova İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı Əfşər Həsənov 2006-cı ildə Bakı şəhərində kirayədə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq bu günədək Ə. Həsənovun yeri müəyyənləşdirmək mümkün olmayıb.
Əfşər Həsənovun boyu - 166 santimetr, gözlərinin rəngi-şabalıdı, saçı - sarı rəngli, seyrək, sifəti – uzunsovdur. Onun sağ əlinin birinci və ikinci barmaqlarının kəsildiyi, üzünün sağ tərəfində - çənə istiqamətində yanıq yerinin olduğu bildirilir. Ə. Həsənov evdən çıxan zaman əynində qara rəngli kostyum, ağ rəngli köynək, qara rəngli dəri çəkmə olub.
Əfşər Həsənovu görənlərdən və ya itkin düşmüş şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 554-14-24 nömrəli mobil və (0178) 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı rayon Polis Şöbəsinin növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR